Müsahibə
Mahir Mədətov: "1:0 sürüşkən hesabdı"
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çər&c…
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində debüt edən “Qarabağ” Danimarka "Kopenhagen"i ilə ilk oyundan 1:0 hesablı qələbə ilə ayrıldı.
Futbolinfo.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan və UEFA-nın versiyasına görə matçın ən yaxşısı seçilən “Qarabağ”ın hücumçusu Mahir Mədətov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Qələbə topunun müəllifi olacağına inanırdınmı?
– Mənim üçün də sürpriz oldu. Amma yaxşı sürprizdi. Belə uğura nail olduğuma görə sevinirəm. Lakin hər şey həll olunmayıb. Hələ qarşıda cavab oyunu var. Bu matça da yaxşı hazırlaşmalıyıq.
– Qolu vurarkən deyəsən, tərəddüd edirdiz?
– Hə, qol vuran zaman bir anlıq fikirləşdim ki, ofsayd da ola bilər. Amma yan xətt hakiminin meydanın mərkəzini göstərdiyini gördüm.
– Cavab oyunundan nə gözləyirsiz?
– Çətin olacağı aydındı. Rəqibin üstünlüyü azarkeşləri önündə oynamaq olacaq. Biz də mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Tarix yazmaq üçün gücümüzü səfərbər edəcəyik.
– İkinci hissədə komanda yoldaşlarınızın qaçıdrıdğı qol epizodları oldu. Buna görə təəssüflənmirsiz?
– Ən azı iki topla qələbə qazansaydıq, daha yaxşı olardı. Çünki 1:0 hesabı bir qədər sürüşkəndi. İstənilən halda, hesab arasındakı fərq böyük olsaydı belə, arxayınlaşmaq olmazdı. Rəqibimizin adı, gücü ortadadı.
– Rəqibi indi daha yaxından tanıyırsız. “Qarabağ” Kopenhagendə bugünkü duelin ikinci hissəsindəki oyunu nümayiş etdirə biləcəkmi?
– Bunu oradakı oyun zamanı görəcəyik. İndidən nəsə demək olmaz. Bu gün yaxşı oynadıq. İndi bir qədər dincəlməliyik və çempionat oyununa hazırlaşmalıyıq.