Ölkə futbolu
“Qarabağ”la cavab oyunu onun üçün əlamətdar olacaq
“Kopenhagen” və “Qarabağ” komandaları aras?…
“Kopenhagen” və “Qarabağ” komandaları arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu Danimarka təmsilçisinin baş məşqçisi Stole Solbakken üçün əlamətdar olacaq.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 49 yaşlı mütəxəssis avqustun 23-də avrokuboklarda 100-cü oyununa çıxacaq. Son 10 ev oyununda "Kopenhagen" yalnız 1 dəfə uduzub. “Qarabağ” isə cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin 2-ci və 3-cü təsnifat mərhələsində müvafiq olaraq, “Samtredia” (1:0) və “Şerif”i (2:1) məğlub edib. "Qarabağ" ilk pley-off görüşündə "Kopenhagen"i minimal hesabla yenib – 1:0. İndi Solbakken yubiley matçında bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, Solbakken futbolçu karyerasını ürəyində yaranan problemlə əlaqədar 32 yaşında məhz “Kopenhagen”də başa vurub. O, daha əvvəl 2006 – 2011-ci illərdə paytaxt klubunda baş məşqşi vəzifəsində çalışıb. 2012-2013-cü illərdə Almaniyanın “Köln” və İngiltərənin “Vulverhempton” komandalarında etimadı doğrultmayan norveçli mütəxəssis yenindən “Kopenhagen”ə dönüb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”