Ölkə futbolu
"Kopenhagen" – "Qarabağ" matçında anşlaq olacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çər&c…
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Danimarka “Kopehagen”i arasında baş tutacaq cavab matçında da anşlaq olacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə Danimarka mətbuatı məlumat yayıb. Bildirilir ki, bu komandaların cavab görüşünə azarkeşlər tərəfindən böyük maraq var. Satışa çıxarılan 40 min biletdən hazırda cəmi 6646-sı qalıb. Onun da qısa zamanda satılması gözlənilir.
Qeyd edək ki, avqustun 23-də 40 minlik “Parken” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən oyunda da anşlaq qeydə alınmışdı.