Dünya futbolu
Boatenq Renat Dadaşov ilə bir komandada – Rəsmi
İspaniyanın "Las Palmas" klubu ilə yollarını ayıran qa…
İspaniyanın "Las Palmas" klubu ilə yollarını ayıran qanalı futbolçu Kevin-Prins Boatenqin yeni iş yeri rəsmən müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, bundan sonra Almaniyanın "Ayntraxt" klubunun uğurları üçün çalışacaq. Bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, Almaniya klubu ilə müddəti 2020-ci ildə başa çatacaq müqaviləyə imza atıb.
Xatıradaq ki, 30 yaşlı futbolçu ailəsinə daha yaxın olmaq istəyi ilə əlaqədar bir neçə gün öncə "Las Palmas" rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunmasını xahiş edib. Klub rəhbərliyi də onun bu istəyinə qarşı çıxmayıb.
Maraqlıdı ki, Boatenq "Las Palmas"la may ayında 3 illik yeni müqavilə imzalamışdı. O, bu klubda 2016-cı ildən oynayırdı. İspaniya klubunda çıxdığı 29 oyunda 10 qola imza atan Qana yığmasının futbolçusu Almaniyanın "Herta" klubunun yetirməsidi. O, bu klubla yanaşı, "Tottenhem", "Borussiya" (Dortmund), "Portsmut", "Milan" və "Şalke"də də forma geyinib.
"Ayntraxt"da Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov da çıxış edir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 12:27
AFFA Tovuza elə bir hakim göndərib ki…
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq