Dünya futbolu
Premyer Liqadan La Liqa klubuna
İspaniyanın "Valensiya" klubu heyətini yeni futbolç…
İspaniyanın "Valensiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Arsenal" klubunun futbolçusu Qabriel Paulistanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı braziliyalı müdafiəçi yeni klubu ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalayıb.
İspaniya təmsilçisi yeni transferinə 80 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Paulista 2015-ci ildən "Arsenal"da çıxış edirdi. Braziliyanın "Vitoriya" klubunun yetirməsi olan futbolçu 2013-cü ildən 2015-ci ilə qədər də "Vilyarreal"da oynayıb.