Dünya futbolu
Təbriz klubu məğlub oldu
Futbol üzrə İran çempionatında 4-cü turun oyunlar?…
Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublarlardan daha biri – "Göstəriş" də növbəti matçını keçirib. Sözügedən kollektiv səfərdə "Fulad Xuzistan"la qarşılaşıb. Üç qolun vurulduğu oyun Təbriz təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2.
Xatırladaq ki, bir gün öncə Cənubi Azərbaycanın məşhur "Traktorsazi" klubu "Naft Tehran"a qalib gəlmişdi – 2:1.
4 turdan sonra Təbrizin hər iki klubu cəmi 3 xal toplaya bilib və 16 klub arasında 14-15-ci yerləri bölüşürlər.