Ölkə futbolu
“Kopenhagen”in futbolçusu: “Özümü 100 faiz hazır hiss edirəm”
Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Yan …
Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Yan Qrequş UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, cəzalı olduğu üçün Bakıdakı oyunda iştirak etməyən 26 yaşlı slovakiyalı yarımmüdafiəçi klub saytına açıqlamasında bunları söyləyib:
“Komanda Bakıya gedəndə mən Danimarkada qaldım. Bazar ertəsini sərbəst şəkildə keçirdim. Həftənin ikinci günü isə U-19-un məşqinə qatıldım. Əsas komandanın məşqi olmayan günü də hazırlaşıram. Özümü 100 faiz hazır hiss edirəm. Komandama qarşıdakı oyunlarda kömək etmək istəyirəm”.
Qrequş Danimarka çempionatında “Syonneryusk”la bu gün keçirəcəkləri matça da toxunub. Slovakiya millisinin üzvü azarkeşlərə qələbə sevinci bəxş etmək istədiklərini deyib: “Çempionatın cari mövsümündə evdə ilk qələbəmizi qazanmağın vaxtı çatıb. Açığı, hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdik. Yaxşı oyunlarımız olduğu kimi, pis matçlar da keçirdik. Daha çox çalışmaq lazımdı”.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”