Milli komanda
Millimizə qarşı oynaya bilməyəcək – zədəyə görə
Futbol üzrə Norveç millisi Azərbaycan və Almaniya yığ…
Futbol üzrə Norveç millisi Azərbaycan və Almaniya yığmaları ilə keçirəcəyi DÇ-2018-in seçmə oyunları ərəfəsində ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, İngiltərənin "Hall Siti" klubunda forma geyinən Markus Henriksen 2 ayadək sıradan çıxıb. O, Çempionşipin 4-cü turunda "Vulverhempton"a 2:3 hesabı ilə uduzduqları ev oyununun ikinci hissəsində ayağından zədələnib. Həkimlər 25 yaşlı yarımmüdafiəçinin bərpa dövrünün 6 həftəyədək çəkəcəyini bildiriblər. Henriksen bu il ikinci dəfə xəsarət alıb. Orta sahə oyunçusu qışda yaşıl meydanlardan 3 ayadək kənarda qalmışdı.
Qeyd edək ki, Norveç millisi Azərbaycanla sentyabrın 1-də evdə, Almaniya ilə isə sentyabrın 4-də səfərdə üz-üzə gələcək. Markus Henriksen 2016-cı il oktyabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzduqları görüşdə 90 dəqiqə çıxış edib. C qrupunda 6 turdan sonra Azərbaycan 7 xalla 4-cü, Norveç 4 xalla 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu