Premyer-liqa
"Neftçi" azarkeşləri yenə istefa tələb etdi
Topaz Premyer Liqasının 2-ci turunun açılış matçın…
Topaz Premyer Liqasının 2-ci turunun açılış matçında "Neftçi" səfərdə "Səbail"lə qarşılaşdı.
Futbolinfo.az xəbər verir ki, elitanın debütantı ilə qarşılaşma "ağ-qaralar" üçün uğursuz alındı. Belə ki, hər kəs matçın qolsuz bitəcəyini düşündüyü bir vaxtda səhnəyə çıxan "Səbail"in türkmənistanlı legioneri Elman Taqayev fantastik zərbə ilə qonaq komandanın qapısına yol tapdı. Nəticədə, qarşılaşma "Neftçi"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.
"Səbail"in hesabı açması matçı izləməyə gələn qonaq komandanın azarkeşlərinin də səbr kasasını daşırdı. Belə ki, onlar dərhal komandanın baş məşqçisi Elxan Abdullayevi istefaya səsləməyə başladılar.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu