Premyer-liqa
Samir Əliyev: "Meydana ən azı 1 xal üçün çıxmışdıq"
“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Pre…
“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 2-ci turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri ev oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis öncə qarşılaşma haqda fikirlərini açıqlayıb: "Meydana ən azı 1 xal üçün çıxmışdıq. Matçın gedişində əsas məqsədimiz qol buraxmamaq idi. Sevindirici haldı ki, sonda qələbə topunu vura bildik. 90 dəqiqə ərzində şanslarımız olsa da, təcrübəsizlikdən həmin epizodları dəyərləndirə bilmədik. Bununla belə, yekunda istəyimizə çatdıq. Komandam 60-cı dəqiqədən sonra dayandı. Bu da fiziki problemlərdən irəli gəlir".
Əliyev son 30 dqiqədə geri çəkilmələrinin səbəbini belə izah edib: “Bunda fiziki çatışmazlıqlarla yanaşı, “Neftçi”nin təzyiqinin də rolu oldu. Bizdən çox rəqib qələbə qazanmaq istəyirdi. Bu gün “Zirə” ilə ilk turdakı oyunla müqayisədə müdafiədə daha az səhv buraxdıq”.
38 yaşlı çalışdırıcısı “Səbail”in “Dalğa Arena”da dəstəksiz qalmasının səbəbini belə izah edib: “Azərbaycanda hansı klubun azarkeşi var ki? Premyer Liqada bütün klublarda bu problem var. İstərdik ki, daha çox azarkeş gəlsin”.