Dünya futbolu
Renat Dadaşovun dublu "Ayntraxt"a qələbə qazandırdı
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almani…
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almaniyanın "Anytraxt" klubunun heyətində növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, milimizin gənc futbolçusu Frankfurt təmsilçisinin Gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında "Auqsburq"la səfər matçının iştirakçısı olub. 3-cü tur çərçivəsində keçirilən oyunda qapılara 5 qol vurulub. Futbolçumuzun komandası sonda meydandan qələbə ilə ayrılıb – 3:2.
Dadaşov da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının qələbəsində də millimizin üzvü böyük pay sahibi olub. Belə ki, 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı 2:1 edən Renat 65-də də qələbə qolunu vurub.
Əvvəlki 2 oyunu təxirə salınmış "Ayntraxt" 3 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Ayntraxt"ın əsas komandası sabah Bundesliqanın 1-ci turu çərçivəsində səfərdə "Frayburq"la qarşılaşacaq. Dadaşovun da bu oyunda iştirakı istisna deyil.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı