Dünya futbolu
Futbolçularımızın klubu ilk qələbəsini qazandı – VİDEO
Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları …
Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Alanyaspor"la üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Dəniz bu görüşün iştirakçısı olmayıb. Son məşqlərin birində zədə alan futbolçumuzun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. Ozan isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
"Bursaspor" geridə qalan turlarda topladığı 3 xalla 18 iştirakçı arasında 8-cidi.