Dünya futbolu
"Başakşəhər" sürpriz edə bilmədi
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunl…
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turniri çərçivəsində ilk oyun günündə 5 matç baş tutub.
Qonşu Türkiyə təmsilçisi “Başakşəhər” doğma meydanda uduzduğu İspaniya “Sevilya”sını səfərdə keçməyə çalışıb. İstanbul klubu rəqib meydanındakı inamlı çıxışına və sürprizə imza atmağa çox yaxın olmasına baxmayaraq, sonda istəyinə çata bilməyib.
"Astana", "Riyeka", "Hapoel" və "Nitsa" da "Başakşəhər"in aqibəti ilə üzləşib. Bu klublar ÇL-i tərk etsələr də, mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.
"Seltik", "Sevilya", "Napoli", "Olimpiakos" və "Maribor" isə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan çempionu “Qarabağ” ikinci oyun günündə Danimarkada “Kopenhagen”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
22 avqust
“Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) 4:3 (ilk oyun 0:5)
Qol: Ayer, 26-öz qapısına. Mujikov, 48. Tvumasi, 49; 69 – Sinkleyr, 33. Ntxam, 80. Qriffits, 90.
“Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) 0:1 (1:2)
Qol: Marin, 25.
“Maribor” (Slovaniya) – “Hapoel” (Beer-Şeva, İsrail) 1:0 (1:2)
Qol: Viler, 15.
“Sevilya” (İspaniya) – “Başakşəhər” (Türkiyə) 2:2 (2:1)
Qol: Eskudero, 52. Yedder, 75 – Elia, 17. Viska, 83.
“Nitsa” (Fransa) – “Napoli” (İtaliya) 0:2 (0:2)
Qol: Kallexon, 48. İnsinye, 89.
23 avqust
22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) (0:1)
22:45. “Slaviya” (Çexiya) – APOEL (Kipr) (0:2)
22:45. “Liverpul” (İngiltərə) – “Hoffenhaym” (Almaniya) (2:1)
22:45. “Styaua” (Rumıniya) – “Sportinq” (Portuqaliya) (0:0)
22:45. ÇSKA (Moskva, Rusiya) – “Yanq Boyz” (İsveçrə) (1:0)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq