Dünya futbolu
"Arsenal"ın futbolçusu İtaliya klubunda
İngiltərənin "Arsenal" klubunun yarımmüdafiə&ccedi…
İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi İsmael Bennaser bundan sonrakı karyerasını İtaliyada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, o, bu ölkənin B Seriyasında mübarizə aparan "Empoli" ilə anlaşıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
19 yaşlı futbolçu Fransada anadan olmasına, bu ölkənin U-18, U-19 yığmalarında oynamasına baxmayaraq, sonradan Əlcəzairin əsas millisində oynamağa qərar verib. Bu üzdən də Bennaser ikili vətəndaşlığa malikdi. O, "Arsenal"a 2015-ci ildə yetirməsi olduğu "Arl-Avinyon" klubundan transfer edilib. İsmael geridə qalan mövsümün ikinci yarısını Fransanın "Tur" komandasında keçirib.