Dünya futbolu
Premyer Liqa klubunda yeni hücumçu
İngiltərənin "Bernli" klubu növbəti transferini hə…
İngiltərənin "Bernli" klubu növbəti transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqada mübarizə aparan bu klub "Lids"in forvardı Kris Vudu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 4 illik müqavilə imzalanıb.
Kris yeni komandasında 11 nömrəli formanı geyinəcək.
"Transfermarkt" "Bernli"nin bu futbolçuya görə 15 milyon funt-sterlinqindən keçdiyini iddia edir.
Yeni Zelandiya yığmasında 50-dən çox oyun keçirmiş Vud 2015-ci ildən "Lids"də çıxış edirdi. Ümumiyyətlə, 26 yaşlı futbolçunun karyerası məhz İngiltərə çempionatları ilə bağlıdı. O, bu ölkənin təxminən 10 klubunda forma geyinib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”