Ölkə futbolu
AFFA ABŞ-a yollanan Əliyar Ağayevi cəzalandırdı
Əliyar Ağayev Topaz Premyer Liqasının növbəti 3 turunu burax…
Əliyar Ağayev Topaz Premyer Liqasının növbəti 3 turunu buraxacaq.
Futbolinfo.az xəbər verir ki, buna səbəb FİFA referisinin 2-ci turda buraxdığı səhvlərə görə cəzalanmasıdı.
Qəbələdə eyni adlı komandanın “Sumqayıt”la görüşündə xətalara yol verən Ağayev bir də ən yaxşı halda 6-cı turda oyunlara təyinat alacaq. O, sözügedən qarşılaşmada “Qəbələ” oyunçularının bir neçə epizodda aşkar kobudluğa məruz qalmasına baxmayaraq, davam işarəsi verimşdi.
Yeri gəlmişkən, Ağayev ötən gün ABŞ-a yollanıb. Ədalət təmsilçisinin okeanın o tayına yollanmasına səbəb heç də beynəlxalq matç idarə etmək deyil. Belə ki, gənc fit sahibi ABŞ hökümətinin hər il bir dəfə keçirdiyi “Green Card”da qalib olub.
“Green Card” ABŞ höküməti tərəfindən hər il keçirilən lotoreya yarışıdı. Burada qalib olan vətəndaşlara ABŞ-da işçi vizası və bir neçə ildən sonra isə vətəndaşlıq verilir. Builki qaliblər arasında Ağayevin də adı var. “Qəbələ” – “Sumqayıt” oyununu idarə edən referi səhəri gün sözügedən ölkəyə yollanıb. (Futbol11)
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı