Dünya futbolu
"Valensiya"nın oyunçusu rəsmən "İnter"də – FOTO
İtaliyanın “İnter” klubu heyətinə daha bir futbol&cce…
İtaliyanın “İnter” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Milan şəhərinin təmsilçisi İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Juan Kanselunu icarəyə götürüb. Bu barədə A Seriyasının favoritlərindən olan klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu İtaliya klubu ilə müddəti 2018-ci ilin 30 iyununda başa çatacaq icarə müqaviləsinə imza atıb.
Portuqaliya millisinin də şərəfini qoruyan Kanselu "Benfika"nın yetirməsidi. O, 2014-cü ildə məhz bu klubdan "Valensiya"ya üz tutub. Son iki mövsümdə La Liqa təmsilçisinin əsas heyət oyunçularından sayılırdı.