Ölkə futbolu
Azərbaycanın 21-ci pillə perspektivi
Bu gün keçirilən “Kopenhagen” – “…
Bu gün keçirilən “Kopenhagen” – “Qarabağ” qarşılaşması Azərbaycanın UEFA reytinqinə təsir edə bilər.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin Danimarkadakı cavab oyunu xal hesabımızı zənginləşdirməlidi.
Səfərdə qazanılacaq qələbə 0,250, heç-heçə isə 0,125 xal gətirəcək. Lakin məğlubiyyətlə də qazanc əldə etmək olar.
Bunun üçün komandamız qol vurub, minimal fərqli hesabla uduzmalı və ya 0:1-ə üzülüb, penaltilər seriyasında sevinməlidi. Bir sözlə, mərhələ keçməlidi. Bu da aktivimizə 1,000 bonus xalı gətirəcək.
Təbii ki, qələbə ilə keçiləcək mərhələdə bu 1,250, heç-heçə ilə isə 1,125-ə bərabər olacaq.
Hazırda 17,625 xala malik Azərbaycan Avropada 23-cüdü. “Qarabağ” qalib gəlsə, bu rəqəm 18,875-ə, bərabərə qalsa isə 18,750-yə yüksələcək.
Hər iki halda – yəni uduzmadan mərhələ keçsək, Şotlandiyanı (17,625) və Rumıniyanı (18,650) arxada qoymaq mümkün olacaq. 21-ci olmaq şansına malik Azərbaycan “Qarabağ”ın məğlubiyyətlə mərhələ keçməsinə də sevinəcək. Belə vəziyyətdə yalnız Şotlandiyanı keçib, 22-ci pilləni qaytarmış olacağıq.
Qeyd edək ki, arzuolunmaz hal yaşansa, yəni bu gün xal qazanmasaq, yəni “Qarabağ” uduzub Avropa Liqasına düşsə də, mövqeyimiz dəyişməyəcək. Apasport
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı