Dünya futbolu
Almaniya klubundan İngiltərə təmsilçisinə
İngiltərənin "Haddersfild" klubu növbəti transferin…
İngiltərənin "Haddersfild" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Nürnberq" klubunda çıxış edən yarımmüdafiəçi Abdelhamid Sabiri ilə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı mərakeşli futbolçu yeni klubu ilə 2020-ci ilədək müqavilə imzalayıb.
Sabiri yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, karyerası demək olar ki, Almaniya ilə bağlı olan mərakeşli yarımmüdafiəçi "Nürnberq"də 2016-cı ildən çıxış edirdi.