Ölkə futbolu
Qurbanov ÇL iştirakçısı olan bütün həmkarlarını qabaqladı
UEFA Çempionlar Liqasının cari mövsümündə iş…
UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, "Arsenal"ın ÇL-dən kənarda qalması ilə 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb. Belə olan halda ÇL-in qrup mərhələsində iştirak edəcək 32 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova sahib çıxıb.
Ağdam klubunun baş məşqçisi hətta Madrid “Atletiko”sunu çalışdıran Dieqo Simeoneni də geridə qoyub. Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ın "sükanı arxası"ndadı.
3-cü yerdə “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinodu. Poçettino həmyerlisi – Simeonedən 3 il geri qalır.
ÇL iştirakçıları arasında klubu ilə uzun müddət əməkdaşlıq edən altı məşqçi bunlardı:
Qurban Qurbanov (Qarabağ) – 4 avqust 2008-ci il
Dieqo Simeone (Atletiko) – 23 dekabr 2011-ci il
Maurisio Poçettino (Tottenhem) – 27 may, 2014-cü il
Leonardo Jardim (Monako) – 10 iyun, 2014-cü il
Massimiliano Alleqri (Yuventus) – 16 iyul, 2014-cü il
Maurisio Sarri (Napoli) – 12 iyun, 2015-ci il