Ölkə futbolu
“Qarabağ”ın 20-ci zəfəri
Azərbaycan çempionu “Qarabağ” tarixində 20-ci d?…
Azərbaycan çempionu “Qarabağ” tarixində 20-ci dəfə avrokuboklarda mərhələ keçib.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”ini üstələyən (1:0, 1:2) çempionumuz bunadək 19 dəfə tur keçmişdi.
İlk uğuruna 1999/2000 mövsümündə sevinən əyalət klubu 18 il öncə 1 mərhələ keçməyi bacarmışdı. 2009/10, 2011/12, 2014/15, 2015/16, 2016/17 mövsümlərində isə “Qarabağ” iki rəqibə gücünü göstərib. 2010/11 və 2013/14 mövsümlərində rekord sayda – 3 mərhələni adlayan “Qarabağ” həmin uğurunu bu dəfə təkrarlayıb. Apasport