Dünya futbolu
"Fənərbaxça"dan İtaliya klubuna
Türkiyənin "Fənərbaxça" klubu daha bir futbol…
Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçusuyla rəsmən vidalaşıb.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun hollandiyalı müdafiəçisi Qreqori Van Der Vil "Kalyari"yə transfer olunub. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu A Seriyası təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. O, yeni komandasında 2 nömrəli formanı geyinəcək.
Van Der Vil "Fənərbaxça"ya ötən mövsümün əvvəlində Fransanın PSJ klubundan transfer edilmişdi. O, Türkiyə klubunda cəmi 17 oyunda meydana çıxıb.