Dünya futbolu
"Çelsi"dən "Kasımpaşa"ya – FOTO
Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbol&c…
Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı stopper Kennet Omeruonu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərənin "Çelsi" klubunun 23 yaşlı futbolçusu 1 illik icarəyə götürülüb.
Omeruo yeni komandasında 4 nömrəli formanı geyinəcək.
Maraqlıdı ki, "Kasımpaşa" bu futbolçunu iki mövsüm əvvəl də "Çelsi"dən icarəyə götürmüşdü. İngiltərə klubunun 2011-ci ildə heyətinə qatdığı futbolçu öncə Hollandiya "Den Haaq"ına icarəyə verilib. İngiltərənin digər təmsilçisi "Midlsbro"da da icarədə oynayan müdafiəçini "Kasımpaşa" 2015/16 mövsümündə heyətinə cəlb etmişdi. Nigeriyalı geridə qalan mövsümü də Türkiyənin digər təmsilçisi "Alanyaspor"da keçirib.