Ölkə futbolu
“Neftçi” rəhbərliyini istefaya səsləyənlərə xüsusi nəzarət
“Neftçi”nin uğursuz çıxışı azarkeşlər…
“Neftçi”nin uğursuz çıxışı azarkeşləri narahat edir. Komandanın qələbəyə həsrət qalması, 3 matçda rəqib qapılara yol tapa bilməməsi (yeganə top avtoqol sayəsində reallaşıb – red.) narazılıqların əsas səbəbidi.
“Kəpəz”lə oyun da istisna olmadı. İkinci hissənin əvvəlindən başlayaraq bir qrup azarkeş “Rəhbərlik – istefa” şüarı ilə diqqəti çəkdi. Fan-klublardan kənarda əyləşən 10 nəfərdən ibarət bu dəstə zaman-zaman klubu doğru idarə edə bilməyənləri istefaya səslədi.
Bu dəstə klub işçiləri tərəfindən anındaca nəzarətə götürüdü. Düzdü, kimsə onlara yaxınlaşmadı, lakin polislərə müəyyən məlumatlar ötürüldü və matç bitən kimi bu dəstə tribunalardan uzaqlaşdırıldı. Final fiti səslənən kimi polislər bu fanatları əhatəyə alıb, şüarlarını davam etdirməyə imkan vermədilər.
Polisə müqavimət göstərməyən kiçik qrup stadionun darvazalarına kimi xüsusi müşaiyət olundu. Onlar hasarı keçən kimi isə yenidən rəhbərliyi istefaya səsləməyi lazım bildi.
Bu dəstəni izləyən, onları polislərə nişan verən və stadiondan xüsusi mühafizə altında çıxmasını təmin edən isə Tural Məmmədov idi. Azarkeşlərlə iş üzrə koordinator olan bu şəxs bir sıra azarkeş qruplarının susdurulmasında, müxtəlif üsullarla onların idarə edilməsində əsas pay sahibidi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”