Dünya futbolu
Renat Dadaşov hesabı açdı, "Ayntraxt" uduzdu
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almani…
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almaniyanın "Anytraxt" klubunun heyətində növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, milimizin gənc futbolçusu Frankfurt təmsilçisinin Gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında "Hoffenhaym"la səfər matçının iştirakçısı olub. 1-ci turdan təxirə salınmış oyunda qapılara 4 qol vurulub. Futbolçumuzun komandası sonda meydandan məğlubiyyətlə ayrılıb – 1:3.
Dadaşov da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının yeganə qolunun müəllifi də Renat olub. Belə ki, 28-ci dəqiqədə hesabı açan futbolçumuzun komandası sonradan 3 top buraxmaqla meydanı məğlub tərk edib.
"Ayntraxt" hazırda 3 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”