Dünya futbolu
Super Liqa klubundan daha bir transfer
Türkiyənin "Sivasspor" klubu növbəti transferini…
Türkiyənin "Sivasspor" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa klubu "Trabzonspor"la yollarını qarşılıqlı razılıq əsasında ayıran əlcəzairli müdafiəçi Karl Medyani ilə güclənib. Bu barədə Sivas təmsilçisinin rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
"Liverpul"un yetirməsi olan Medyani karyerası ərzində "Loryan", "Mets", "Ayaçço", "Monako", "Olimpiakos", "Valensyenn", "Levante" və "Leqanes" kimi klublarda da çıxış edib. O, "Trabzonspor"da 2014-cü ildən oynayırdı. Əlcəzair yığmasında 56 oyun keçirən təcrübəli müdafiəçi 3 qola da imza atıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var