Dünya futbolu
Samir oynamadı, “Fakel” uduzdu
Rusiya 1-ci divizionunda 10-cu turun oyunları keçirilib. …
Rusiya 1-ci divizionunda 10-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb. Voronej təmsilçisi doğma meydanda Krasnoyarsk "Yenisey"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Samir bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Fakel" geridə qalan turlarda topladığı 8 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.