Dünya futbolu
"Liverpul"dan "Arsenal"a 4 cavabsız qol, "Çelsi"dən qələbə – VİDEO
Futbol üzrə İngiltərə çempionatında 3-cü tura ye…
Futbol üzrə İngiltərə çempionatında 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Mançester Siti” “Bornmut”un qonağı olub və çətin qələbəyə sevinib.
Mançesterin digər təmsilçisi “Mançester Yunayted” isə “Lester”i qəbul edib və inamlı qələbə qazanıb.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” ikinci oyun günündə meydana çıxıb. “Zadəganlar” evdə “Everton”la qarşılaşmadan 3 xalla ayrılıblar.
Turun mərkəzi oyununda "Liverpul" "Arsenal"la derbidə 4:0 hesablı möhtəşəm qələbəyə imza atıb.
"Tottenhem" isə "Bernli" ilə ev oyununda xal itkisi ilə üzləşib.
İngiltərə Premyer Liqası
3-cü tur
26 avqust
"Bornmut" – "Mançester Siti" – 1:2
Qol: Daniels, 13 – Xesus, 21. Sterlinq, 90+7.
"Kristal Pelas" – "Suonsi" 0:2
Qol: Abraham, 44. Ayeu, 48.
"Haddersfild" – "Sauthempton" 0:0
"Nyukasl" – "Vest Hem" 3:0
Qol: Xoselu, 36. Klark, 72. Mitroviç, 86.
"Uotford" – "Brayton" 0:0
"Mançester Yunayted" – "Lester" 2:0
Qol: Reşford, 70. Fellaini, 82.
27 avqust
"Çelsi" – "Everton" – 2:0
Qol: Fabreqas, 27. Morata, 40.
"Vest Bromviç" – "Stok Siti" 1:1
Qol: Rodriqes, 52 – Krauç, 77.
"Liverpul" – "Arsenal" 4:0
Qol: Firmino, 17. Mane, 40. Salah, 57. Starric, 77.
"Tottenhem" – "Bernli" 1:1
Qol: Alli, 49 – Vud, 90.
–
–
–
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…