Ölkə futbolu
Azərbaycan çempionunun bütün rəqibləri bəlli oldu
Futzal üzrə UEFA kubokunun ilkin mərhələsinə yekun vurulub.&…
Futzal üzrə UEFA kubokunun ilkin mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bununla da əsas mərhələyə vəsiqə qazanan son 8 komanda müəyyənləşib. Yarışa əsas raunddan başlayacaq Azərbaycan çempionu “Araz”ın da rəqibləri bəlli olub. Naxçıvan klubunun iki rəqibi ilkin mərhələdən gəlib.
Rumıniyada baş tutacaq 8-ci qrupun oyunlarında yerli “Deva” və “Araz”la yanaşı, “Luksol Sent Endryu” (Malta) və “Mostar” (Bosniya və Herseqovina) da çıxış edəcək. Bu komandalar ilkin mərhələdə öz qrupunun qalibi olub.
“Mostar” E qrupunda bütün görüşlərdə qalib gəlib. Onlar 32 top vurub, 6-nı buraxmaqla buna nail olub.
Püşkə görə “Araz”la eyni qrupda E qrupunun da qalibi oynamalı idi. Lakin bu qrupda Ermənistan “Leo Futzal”ı 1-ci yeri tutub. Azərbaycan və Ermənistan komandalarının qarşılaşmalarına imkan verməyən UEFA bu üzdən dəyişiklik edib.
“Leo Futzal” 5-ci qrupa göndərilib. Əvəzində Malta çempionu Naxçıvan klubuna rəqib olub. C qrupunda 1-ci olan “Luksol Sent-Endryu” 20 qol vurub, 6-nı buraxmaqla 3 qələbə qazanıb.
Qeyd edək ki, əsas raundun oyunları oktyabrın 10-15-də keçiriləcək. “Araz”ın qrupu B yolunda olduğundan yalnız 1-ci yerin sahibi elit-raunda vəsiqə qazanacaq.
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı