Milli komanda
Millimizin üzvlərindən xeyirxah addım – VİDEO
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrda Norveç və San-Marino ilə qarşılaşacaq millimizin üzvləri xeyirxah addım atıblar.
Futbolinfo.az saytı AFFA-nın “Facebook” səhifəsinə istinadla xəbər verir ki, onlar Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli Respublika Xüsusi İnternat məktəbini ziyarət ediblər.
Görüşdə baş məşqçi Robert Prosineçki və köməkçiləri, həmçinin futbolçular iştirak ediblər. Onlar uşaqlarla səmimi söhbət etməklə yanaşı, həm də futbol oynayıblar.
Qeyd edək ki, yığmamızın Norveçlə oyunu sentyabrın 1-də Osloda, San-Marino ilə görüşü isə sentyabrın 4-də Bakıda keçiriləcək.