Dünya futbolu
ÇL-də ötən mövsümün ən yaxşı qolu müəyyənləşdi – VİDEO
UEFA Çempionlar Liqasının ötən mövsümün&…
UEFA Çempionlar Liqasının ötən mövsümünün ən yaxşı qolu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Yuventus”un hücumçusu Mario Mancukiçin final oyununda “Real”ın qapısından keçirdiyi top ötən mövsümün ən yaxşı qolu sayılıb. Bu barədə məlumatı qitənin ən nüfuzlu klub turnirinin rəsmi “tvitter” səhifəsi yayıb.
Xatırladaq ki, xorvat hücumçunun gözəl qolu “Yuve”yə kömək olmamışdı. Belə ki, Mancukiçin hesabı bərabərləşdirməsindən sonra qapısında üç top görən “qoca sinyora” matçdan 1:4 hesablı məğlubiyyətlə ayrılmışdı.