Dünya futbolu
Fransa çempionu Yovetiç transferini rəsmən açıqladı
Fransa çempionu "Monako" növbəti transferini ge…
Fransa çempionu "Monako" növbəti transferini gerçəkləşdirib.
Futbolinfo.az xəbər verir ki, “knyazlıq klubu” İtaliya “İnter”inin hücumçusu Stevan Yovetiçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə çernoqoriyalı hücumçunun yeni klubu ilə 4 illik müqavilə bağladığı qeyd olunub.
“Monako” 27 yaşlı futbolçu üçün Milan təmsilçisinə 10 milyon avro təzminat ödəyib.
Xatırladaq ki, Yovetiç ötən mövsümü icarə əsasında “Sevilya”da keçirib. O, bu komanda 21 oyuna çıxıb, 6 qola imza atıb. Stevan karyerası ərzində "Partizan", "Fiorentina", "Mançester Siti" klublarının da şərəfini qoruyub. O, Çernoqoriya yığmasında 40-dan çox oyun keçirib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza