Bizi izləyin

Müsahibə

Prosineçki: "Norveçdən 1 xal alacağımıza ümidliyəm"

Sabah DÇ-2018-in seçmə qrup oyunu çərçiv…

blank

Sabah DÇ-2018-in seçmə qrup oyunu çərçivəsində sabah səfərdə Norveçlə üz-üzə gələcək Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyundan öncə mətbuat konfransı keçirib. 

Futbolinfo.az xəbər verir ki, oyun haqda fikirlərini bölüşən xorvatiyalı eyni zamanda jurnalistlərin suallarını da cavablandırıb:

– Əvvəlki oyunlara baxanda bu dəfə hazırlıq üçün çox az vaxtımız oldu. Cəmi 3 gün komanda ilə hazırlıq keçmək imkanımız oldu. Bununa belə, düşünürəm ki, oyuna yaxşı hazırlaşa bilmişik. Çətin oyun olacaq. Bilirik ki, rəqib də bu oyuna ciddi hazırlaşıb və sabah meydançaya revan üçün çıxacaqlar. Onların Çexiya ilə oyunlarına da baxmışıq və buna əsasən deyərdim ki, Norveç millisi hazırda çox güclüdü. Həm də onlarda çox dəyişiklik olub.

– Rəqiblə müqayisədə siz öz komandanızda hansı dəyişiklikləri edəcəksiz?
– Sabah biz Şimali İrlandiyaya qarşı Bakıda göstərdiyimiz oyunu oynasaq, çox yaxşı olacaq. Həmin oyunu çox yaxşı oynamışdıq, amma təəssüf ki, 90 dəqiqə ərzində cəmi 1epizodu oldu onu da qola çevirdi. Çətin olsa da, mən öz komandama inanıram və ümid edirəm ki, sabahkı oyundan 1 xal götürə biləcəyik.

– Namiq burda əyləşibsə, deməli sabah start heyətində oynayacaq. Onu hansı xüsusiyyətinə görə Norveçə qarşı oynadacaqsız?
– Namiqin burda əyləşməsi o demək deyil ki, o, sabah start heyətində oynayacaq. Sadəcə, istədim ki, mətbuat konfransına yeni futbolçular gəlsin və bu da yeni təcrübədi. Ümumilikdə isə Namiq çox yaxşı futbolçudu və mən milliyə gələndən burda oynayır. Şimali İrlandiya ilə son oyunda da yaxşı oynamışdı. Sürəti var, təkbətək mübarizələrdə çox yaxşı təsir bağışlayır. Həm də siz Bədavi haqda niyə mənə eyni sualı vermirsiz?

– Çünki Bədavi daim əsas heyətdə oynayır.
– Ona görə oynayır ki, onun alternativi yoxdu.

– Üçüncü dəfədi Renat Dadaşovu milliyə çağırırsız, amma şans vermirsiz. Hansı ki, bir dəfə şans qazansa, tamamilə Azərbaycan millisinə məxsus futbolçu olacaq…
– Renat çox istedadlı futbolçudu və Azərbaycan futbolunun gələcəyidi. Amma unutmayaq ki, o, Almaniyada 19 yaşlı futbolçuların komandasında oynayır. Ona da şans veriləcək və ümid edirəm ki, o da bu şansdan istifadə edəcək. Tək Renat yox, Ramil Şeydayev və Mahir Mədətovun da adlarını çəkə bilərəm. Həm də ümid edirəm ki, Renat “Ayntraxt”ın əsas komandasında da oynamaq imkanı qazanacaq. Həm bu dəqiqə mənim bütün fikrim Norveçlə oyuna yönəlib. Nəinki kiməsə 5 dəqiqə şans verməyə.

– Ənənəvi olaraq, yenə start heyətini açıqlayacaqsız?
– Mən həmişə bunu edirəm. Sabahkı oyunda Şimali İrlandiyaya qarşı oynamış heyətə güvənəcəyik. Yalnız iki dəyişiklik olacaq: Ramil Şeydayev və Əfran İsmayılovun yerinə Mahir Mədətovla Namiq Ələsgərova şans verəcəm.

– Ramil Şeydayev və Emin Mahmudov klublarından ayrıldılar. Kamran Ağayev yeni klubunda uğursuz debüt elədi. Sabahkı oyunda onların psixoloji hazırlığı qaydasında olacaq?
– Hardasa təsir edəcək. Ramil “Jilina”nın əvəzedici komandasında oynasa da, potensialı olan futbolçudu və ona inanmaq lazımdı. Tək ona yox, digər gənc futbolçularımıza da. Sabah biz Mahirlə Namiqi inanaraq əsas heyətdə oyuna buraxacağıq. Çünki hər ikisi sürətlidir və bu üstünlüklərindən istifadə etmək istəyirik. Təəssüf ki, Ağabala zədədən sonra tam özünə gəlməyib. İstənlən halda, psixoloji cəhətdən problem olmayacaq.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm