Bizi izləyin

Müsahibə

Rəşad Sadıqov: "Bunu hamıdan çox mən istəyirdim"

Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı…

blank

Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Norveç yığmasına səfərdə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi əvvəlcə oyunu dəyərləndirib.

– Belə məğlubiyyətdən sonra danışmaq çətindir. Matça pis başlamamışdıq. Çox yaxşı çıxış etməsək də, rəqibə oynamaq imkanı vermir, meydanda boşluqlar buraxmırdıq. Oynamaq imkanı verdikdə isə norveçlilər hücumlarını uzaqdan zərbələrlə tamamlayırdılar. İlk hissədən sonra paltardəyişmə otağında söhbət oldu. Baş məşqçi Robert Prosineçki bizi motivasiya etdi. İkinci hissədə daha açıq futbol oynamağa başladıq. Bu tip rəqiblərlə açıq oynadıqda istər-istəməz müdafiədə və yarımmüdafiədə boşluqlar verirsən. İkinci hissədə rəqibə o qədər də təzyiq göstərə bilmədik. Nəticədə cərimə meydançamızın yaxınlığında boşluqlar yarandı. Bununla belə, fürsətlərdən daha yaxşı yararlansaydıq, buradan bəlkə də xalla ayrıla bilərdik. Rəqibin də qol imkanları var idi. Ümumilikdə oyun haqda nəsə deməkdə çətinlik çəkirəm.

– Sizə elə gəlmirmi ki, "Qarabağ"ın futbolçularında bir qədər yorğunluq var idi?
– Niyə siz yalnız "Qarabağ"ın futbolçularında deyirsiniz?

– Çünki hər iki qolda "Qarabağ"ın futbolçuları həlledici rol oynadı…
– Problem ondadır ki, biz yalnız son nöqtəyə baxırıq. Hamı deyir ki, avtoqol oldu. Amma o qoladək nələrin baş verdiyini demirik. Cərimə meydançasında topa həmlə edirdik. Hər şeyi daha detallı analiz etmək lazımdır. Təbii ki, rəqib hücumlara çıxırsa və bizi paramparça edirsə, son mövqedə bizik. Axırda daş bizim – ya mərkəz müdafiəçilərinin, ya da qapının başında çatlayır. Bu oyunda da elə alındı ki, mərkəz müdafiəçiləri ön planda oldu. Həmlə etmirsən, qapından qol keçir, həmlə edirsən, qapı ilə arandakı bir-iki metrlik məsafədə istər-istəməz ani texniki səhv qapına vurulan qolla nəticələnir. Ümumiyyətlə, millidən danışanda "Qarabağ", "Qəbələ", "Neftçi" və ya digər komandanın futbolçuları mövzusuna yer verməmək lazımdır. "Qarabağ"ın futbolçuları meydanda sonadək mübarizə apardılar. Amma ola bilsin, hardasa texniki səhvlər oldu. Nəsə alındı, nəsə alınmadı.

– "Qarabağ"ın futbolçuları yaxşı oynayanda tərifləyirik. Tərifi qəbul etdiyiniz kimi tənqidlə də barışmalısınız…
– Bu gün milli komandanı tənqid ediriksə, bunu qəbul edirəm. Amma sırf "Qarabağ"ın futbolçularını ayırmağınızla razılaşmıram. Millidə olduğum vaxt mənə "Qarabağ"dan sual verəndə qəbul edə bilmirəm. Mən burada millinin futbolçusuyam. Nə səhv edirəmsə, bu forma altında edirəm. Sabah yaxşı oynadıqda bunu "Qarabağ"ın futbolçularının ayağına yazmağın tərəfdarı deyiləm. Yaxud nəticə olduqda "Qarabağ"ın futbolçuları çoxluq təşkil edirdi" fikirlərinə qarşıyam. Yaxşı da, pis də millinin futbolçularının ayağına yazılır. Biz "Qarabağ"dan əvvəl yığmanın futbolçularıyıq.

– Son 3 ildə Norveçə qarşı 4-cü oyunu keçirdin. "Bu, ən zəifi oldu" fikrini qəbul edirsən?
– Qol həmişə oyunun gedişatına təsir edir. Norveçlə matçlarda həmişə kompakt müdafiə olunmuşuq. Sıxlıq yaratmışıq, boşluqlar verməmişik. Sadəcə, buraxdığımız texniki səhvdən sonra hesabda geri düşdük. Bundan sonra isə açılmağa başladıq. Açıldıqda isə yaxşı çempionatlarda çıxış edən sürətli hücumçulara qarşı istədiyin oyunu sərgiləyə bilmirsən. Buna görə də risk etməli olursan. 10 il əvvəlki vaxtımız olsaydı, bəlkə də meydana yenə müdafiəçi buraxacaqdıq, müdafiədən oynayacaqdıq. 0:1 hesablı məğlubiyyəti yaxşı nəticə sayıb rəqibə qol şansı vermədiyimizi qabardacaqdıq. Amma bu gün sevindirici haldır ki, milli təslim olmur, nəticə qazanmaq istəyir, baş məşqçi də futbolçulardan qabağa gedib qol vurmağı tələb edir. Bu halda da təbii ki, boşluqlar verəcəyik. Biz, bu sürətdə futbol oynamırıq. Bizim çempionat oyunları bu sürətlə getmir, Azərbaycan çempionatında bu cür hücumçulara qarşı oynamırsan. Bəlkə də hələ Çempionlar Liqasında da bu cür hücumçulara qarşı oynamamışıq. Norveç yaxşı komandadır, amma özünüz də gördünüz ki, qola kimi onlara boşluq vermirdik. Çünki sıx müdafiə olunurduq. Amma qoldan sonra cərimə meydançamıza daha rahat daxil olmağa başladılar.

– Bu gün həm də artıq “Qarabağ”ın futbolçusu sayılan Tarik Elyunussiyə qarşı oynadınız. Yeni komanda yoldaşının oyunu haqda hansı sözləri deyə bilərsən?
– Düzü, bu dəqiqə “Qarabağ” haqqında nə isə danışmaq istəmirəm. Transfer olunub, xeyirli olsun. Biz millinin düşərgəsində olduğumuz üçün xəbərsiz idik. Heç mən özüm də bilmirdim, bir az olar eşitdim. Bu dəqiqə mənim üçün önəmli də deyil.

– San Marino ilə oyunda Bədavi Hüseynovun yoxluğu nə dərəcədə hiss olunacaq?
– Əslində bizim bütün problemlərimiz Şimali İrlandiya ilə oyundan başlayıb. Təlim-məşq toplanışına gələndə də komandada əvvəlki ruh yüksəkliyi yox idi. Hamıda ruh düşkünlüyü var idi. Şimali İrlandiyaya məğlubiyyət bizə böyük zərbə oldu. Əminəm ki, həmin oyunda məğlub olmasaydıq, bu gün Norveçə qarşı tamam başqa oyun sərgiləyəcəkdik. Halbuki o oyuna kimi qrupdan çıxmaq şansımız var idi. Millimizdə digər layiqli futbolçular da var və ümid edirəm ki, onlar Bədavini layiqincə əvəzləyəcək. Çox istəyirik ki, San Marinoya qalib gələk və xal sayında rekord nəticə əldə edək. Qrup oyunları yeni başlayanda tamam başqa şeyləri fikirləşirdik, amma indi ən yaxşı halda 3-cü pillə haqda düşünə bilərik. Sona qədər mübarizə aparmaq lazımdır.

– Dedin ki, hər şey Şimali İrlandiya məğlubiyyətindən sonra başladı. Bəs həmin dövrlərdə Prosineçkinin milli komandadan gedəcəyi, “Bursaspor”la razılığa gəldiyi haqda yayılan məlumatlar necə, millinin nəticələrinə təsir etdi?
– Bunlar futbolun içində olan şeylərdir. Futbolçuya da təkliflər olur, baş məqşçiyə də. Bu gün fakt odur ki, baş məşqçi bizimlədir, komandasının başındadır. Gələcəkdə nəyin necə olacağını isə öncədən heç kim deyə bilməz. İnanmıram ki, o söhbətlərin Prosineçkinin millidəki işinə təsiri olsun. Belə hallar klublarda da olur.

– Yəni, onda heç bir dəyişiklik yoxdur və əvvəlki Prosineçkidir?
– Bəli, həmin istəkli Prosineçkidir və həmişəki kimi bizdən qələbə istəyir. Uduzanda da futbol oynayıb məğlub olmağımızı istəyir. Sadəcə, biz futbolçuların səviyyəsi budur. Konkret olaraq, Şimali İrlandiyaya Bakıda uduzmağımızdan danışırıqsa, həmin məğlubiyyətə görə ən çox özümü günahkar sayıram. 90+2-ci dəqiqədə topu cərimə meydançasından uzaqlaşdıra bilmədiyimə görə ömrümün sonuna kimi özümü günahkar sayacağam. Çünki qrupdan çıxıb dünya çempionatına qatılmağı hamıdan çox mən istəyirdim. Amma uzatma dəqiqələrində buraxdığımız qolla şanslarımızın üstündən də xətt çəkdik. Günahkar axtarırıqsa, birinci günahkar mənəm.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm