Dünya futbolu
"Beşiktaş" ÇL üçün 21 futbolçu sifariş etdi
Futbol üzrə Türkiyə çempionu "Beşiktaş"…
Futbol üzrə Türkiyə çempionu "Beşiktaş" UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Futbolinfo.az xəbər verir ki, heyətdə 21 futbolçu yer alıb. Baş məşqçi Şenol Günəş zədəli olan Atınç Nukanla yanaşı, Aras Özbiliz, Denis Boyko, Aleksander Miloşeviç və Pedro Frankonu ÇL-in iştirak ərizəsinə daxil etməyib.
"Beşiktaş"ın ÇL üçün açıqladığı heyətdə yer alan futbolçular isə bunlardı:
Tolqa Zengin, Fabri, Adriano Korreya, Caner Erkin, Gökhan Gönül, Pepe, Matey Mitroviç, Duşko Toşiç, Tolqay Arslan, Rayan Babel, Orkan Çınar, Atiba Hatçinson, Cermeyn Lens, Qari Medel, Oğuzhan Özyakup, Rikardo Kuaresma, Anderson Taliska, Necip Uysal, Mustafa Pektemek, Alvaro Neqredo, Cenk Tosun.
Qeyd edək ki, qonşu ölkə təmsilçisi G qrupunda "Portu", "Leypsiq" və "Monako" ilə mübarizə aparacaq.
Qitənin ən nüfuzlu klub turnirində ilk dəfə mübarizə aparacaq Azərbaycan çempionu "Qarabağ"ın iştirak ərizəsi isə hələlik, açıqlanmayıb.