Bizi izləyin

Ölkə futbolu

1,2 milyon avroluq Prosineçki, 5 qəpiklik futbol

Məşqçinin taleyi belədi: qələbə oldusa kral elan edilir, …

blank
Məşqçinin taleyi belədi: qələbə oldusa kral elan edilir, məğlubiyyət zamanı hədəfə çevrilir. Norveçlə oyundan sonra Robert Prosineçki də eyni vəziyyətdədi. Aylar öncə bizi dünya çempionatının pley-offuna aparacağını gözlədiyimiz xorvat arzuolunmz şəxsə çevrilib.
 
Soyuq başla düşünək – yığmanın başında kimin dayanmasının nə önəmi var ki? Bu potensialla daha yaxşı nəyəsə ümid etmək yersizdi. 2-3 xal çox toplamaq, nisbətən yaxşı oynamaq olar, amma böyük məqsədlər, hədəflər üçün yetişməmişik. Bu gün milli komandanın problemi məşqçidə deyil, futbol idarəçiliyindədi.
 
Bəli, Prosineçki futbolumuza  biganədi, klubları izləmir, gənclərə diqqət yetirmir, onlara şans verib risk etmir. Ümumiyyətlə, “Bursaspor” söhbətləri çıxandan bu yana işinə biganədi. Amma hətta bütün günü Zirədə, Mərdəkanda, Suraxanıda, Bayılda yatsaydı da, böyük ölçüdə heç nə dəyişməyəcəkdi.
 
Rauf Əliyev, Coşqun Diniyev, Nizami Hacıyev milliyə çağırılsaydı, seçim imkanı daha geniş olardı, deyəcəksiniz. Onların da çoxunu görmüşük axı. Dünən Əfran İsmayılovun oynadılmasından narazı idik, bu gün onu əvəz edən Namiq Ələsgərovu söyürük. Araz Abdullayevi, Ruslan Qurbanovu ehtiyatda saxladığı üçün qınayırıq, dünən sərgilədikləri futbola görə bu futbolçuları yerlə bir edirdik. İndi arzuladığımız Raufu da sabah tənqid edəcəyik. Aşağı-yuxarı səviyyə eynidi.
 
Rəşad Sadıqovun oynadılmasından narazıyıq. Kapitan hazır deyil, yaşı keçib, lakin kimsə ona alternativ ola biləcək mərkəz müdafiəçisi tapa bilərmi? Və ya 6 aydı oynamaya-oynamaya qapıda dayanan Kamran Ağayevə?
 
Bütün bunlar Prosineçkinin problemi deyil. Layiqli davamçılar yoxdu və bunun olmamasının yeganə günahkarı AFFA, onun işbilməz rəhbərliyidi. Başları pul qazanmağa qarışıb, gələcək üçün təməl qoymayıblar. U-21 millisində 7-8 əcnəbi oynayırsa, deməli, gələcəyimiz ümumiyyətlə, qaranlıqdı. Ona görə AVRO-2020 ilə bağlı nağıllara da inanmayın, bunun üçün potensialımız yoxdu, AFFA rəhbərliyi ötən illər ərzində papağını günə verib, hazır futbolçuların sayəsində ayaqda qalıb, onları əvəzləyəcək nəslin yetişməsi üçün heç bir iş görməyiblər.
 
AFFA-nın ən böyük səhvi evin içini yox, çölünü bəzəməsidi. Görüntü xoşdu – milliyə Berti Foqts, Robert Prosineçki kimi məşhurlar rəhbərlik edib. Amma Şümaherə qalib olmaq üçün “Ferrari” lazımdı, sökük “NAZ Lifan” yox.
 
Prosineçki ayda 120 min avro (!!!) maaş alır. Bu, illik 1,2 milyon avro, yəni 2,4 milyon manat deməkdi. Bu pula 5-6 bölgə stadionunu təmir etdirmək, 2-3 komanda saxlamaq, uşaq futboluna daha yaxşı qayğı göstərmək olardı.
 
Düzdü, indi də uşaq futboluna 3 milyon manat ayrılır, amma ayrılmaq başqa, ondan səmərəli istifadə etmək başqa. Uşaq futbolunun inkişafı, milliyə layiqli ehtiyat qüvvənin hazırlanması üçün düzgün strategiya seçilməli, öncə müəllim-məşqçi kadrları yetişdirilməli, onlar yetişənə kimi əcnəbilərin xidmətindən istifadə olunmalıdı. Bu gün milliyə bahalı məşqçi gətirmək lazım deyil, həmin pulu bünövrəyə yönəltmək gərəklidi. Oyunçu potensialı böyük, seçim imkanı geniş olduqdan sonra onları idarə etmək üçün daha təcrübəli məşqçi axtarmaq olar.
 
Bu gün Prosineçkiyə sərvət vermək bar gətirməyəcək ağacın dibinə su tökməyə bənzəyir. Bu, yalnız rəhbərlərin özünü reklamı üçün lazımdı, futbolun inkişafına heç bir faydası yoxdu. Prosineçki perspektiv görmədiyi oyunçuları izləməkdənsə, yay boyunca istirahət edib, loxladığı AFFA-dan aylıq 120 mini havayı almağı daha məqsədəuyğun hesab edir. Şəxsən mənim onu qınamaq üçün haqqım yoxdu.
 
Xorvat mütəxəssisin AFFA-dan küsməsi doğrudu. Bunun üçün işinə biganə yanaşır və bizim rəhbərlərin ağlı olsa, buna qarşı cəza mexanizmi fikirləşərdi. Amma küsmək Bursaya buraxlmamağa görə deyil, yeni müqavilə imzalanmaması üçündü.
 
Xatırlayırsızsa, Robertin müqaviləsinin bitməsinə 6 ay qalmış ona təkliflər “gəlməyə” başladı. “Bursaspor”, “Valensiya”, daha neçə türk klubu. Bunlar təsadüf deyildi və real təklif də yox idi. Sadəcə, menecerlər əla oyun qurmuşdu və AFFA-nın küyə düşüb Prosineçki ilə yeni, daha sərfəli müqavilə bağlamasını istəyirdilər. Belə deyildisə, bursalılar konkret təklif göndərərdilər, mətbuata xəbər sızdırmazdılar.
 
Vaxtilə Berti Foqtsla bağlı da eyni ssenari yaşanmışdı. Münhenqladbax “Borissiya”sı, Frankfurt”Ayntraxt”ı, Polşa yığması guya alman çalışdırıcını istəyirdi. Nəticədə AFFA Foqtsla daha sərfəli müqavilə bağladı, az sonra onunla vidalaşıb – bölüşmək şərti ilə – böyük kompensasiya ödədi. Və indi Berti heç bir komandanın başında deyil, daha təklif almır, şərhçilik edir, Azərbaycanda qazandıqlarını xərcləyir. Tələb olunan məşqçi idisə, niyə ortada qalıb?
 
Bundan dərs alan AFFA Prosineçki ilə bağlı eyni oyuna getmədi. Tsiklin sonuna 3 oyun qalıb və Robertin müqaviləsinin bitməsini gözləyirlər. Yaxşı olardı ki, qışda onu birdəfəlik yola salsınlar və millini az maaşa qane olan bacarıqlı, istəkli bir yerli məşqçiyə tapşırsınlar. Millinin baş məşqçisinə indiyə qədər ayrılan pullar isə yeni nəslin inkişafına sərf olunsun. Əks halda illəri, qərinələri mənasız ümidlərlə ötürəcəyik.
 
CAVAD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun şdediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm