Dünya futbolu
Premyer Liqa klubunda 3 yeni futbolçu
İngiltərənin "Uotford" klubu Avropada transfer pəncərə…
İngiltərənin "Uotford" klubu Avropada transfer pəncərəsinin bağlanması ərəfəsində heyətinə daha üç futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçı Orestis Karnezisi, müdafiəçi Marvin Zeqelar və Molla Vaqeni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yunanıstanlı qapıçı Karnezislə malili mərkəz müdafiəçisi Vaqe İtaliyanın "Udineze" klubundan icarəyə götürülüb. Yunanıstan yığmasında 40-dan çox oyun keçirən 32 yaşlı Orestis İtaliya təmsilçisində 2014-cü ildən çıxış edir. Molla isə 2014-cü ildən bəri "Udineze"də icarə əsasında oynayırdı. Maraqlıdı ki, sözügedən klub Mali yığmasının 26 yaşlı futbolçusunun bu yay transfer hüququnu alsa da, onu dərhal "Uotford"a icarəyə verib. Hər iki futbolçu mövsümün sonunda yenidən "Udineze"yə qayıtmalıdı.
Hollandiyalı müdafiəçi Zeqelar isə Lissabon "Sportinq"indən alınıb. O, yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Sol cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu yarımmüdafiədə də oynaya bilir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…