Ölkə futbolu
Mendi və Koli Fransa klubunda – FOTO
Fransanın "Nitsa" klubu Avropada "transfer pəncərəs…
Fransanın "Nitsa" klubu Avropada "transfer pəncərəsi" bağlanana qədər daha iki transfer həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın "Breşiya" klubunun müdafiəçisi Rasin Kolini və "Lester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Nampalis Mendini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı Koli "Breşiya"nın yetirməsidi. Seneqallı müdafiəçi bu komandanın heyətində İtaliya B Seriyasında 100-dən çox oyun keçirib.
25 yaşlı Mendi isə "Lester Siti"yə ötən il məhz "Nitsa"dan transfer olunub. "Monako"nun yetirməsi olan fransalı futbolçu 2013-2016-cı illər aralığında "Nitsa"da 100-dən çox oyuna çıxıb. Fransa klubu sabiq oyunçusunu İngiltərə klubundan 1 illik icarəyə götürüb.