Dünya futbolu
Xorvatiya – Kosovo matçına yağış əngəli
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Kosovo matçı yarıda dayandırılıb.
Futbolinfo.az xəbər verir ki, İ qrupunda yer alan komandaların qarşılaşmasının təxirə salınmasına səbəb əlverişsiz hava şəraiti olub. Belə ki, matçın isveçli baş hakimi Stefan Yohanesson 24-cü dəqiqədə, hesab 0:0 olan zaman güclü yağışa görə oyunu dayandırmağa məcbur olub.
Matçın nə vaxt davam etdiriləcəyi və ya təkrar keçiriləcəyi barədə dəqiq məlumat yoxdur.
6 oyundan sonra hesabında 13 xal Xorvatiya bir pillə geriləyərək ikinci sıraya enib. Xorvatlardan bir oyun çox keçirmiş Ukrayna yığması Türkiyə üzərindəki qələbə (2:0) sayəsində liderliyi ələ keçirib. Kosovo isə 1 xalla sonuncu sıradadı.