Dünya futbolu
Samir “Fakel”in qələbəsini kənardan izlədi
Rusiya 1-ci divizionunda 13-cü turun oyunları keçirilib.&…
Rusiya 1-ci divizionunda 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” də növbəti matçına çıxıb. Voronej təmsilçisi doğma meydanda Volqoqrad “Rotor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Samir bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Fakel" geridə qalan turlarda topladığı 11 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.