Ölkə futbolu
“Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq”
“Rauf Əliyevi komandaya ulduz futbolçu kimi gətirməmi?…
“Rauf Əliyevi komandaya ulduz futbolçu kimi gətirməmişik, yaxşı oyunçu kimi gəlib".
Futbolinfo.az xəbər verir ki, bu sözləri Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Mladen Milinkoviç deyib. Klubun rəsmi saytına açıqlamasında iki gün sonra “Laçi” ilə keçiriləcək oyunla bağlı danışan baş məşqçi yeni transfer Rauf Əliyevin çıxışı ilə bağlı da fikir bildirib:
“Bizim ulduz futbolçumuz yoxdu. Ancaq yaxşı oyunçulara malikik. Rauf da belə futbolçulardandı. Düşünürəm ki, o, tezliklə ilk qolunu vuracaq və dayanmayacaq”.
Qeyd edək ki, bu yay "İnter"dən “Kukesi”yə keçən Əliyev yeni komandasında qol hesabını aça bilməyib.