Ölkə futbolu
“Qarabağ” – “Roma” matçının hakimləri açıqlandı
Futbol üzrə UEFA Çempionlar Liqasında Azərbaycan &ccedi…
Futbol üzrə UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ"”ın İtaliya "Roma"sına qarşı ev oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, ÇL-in C qrupu çərçivəsində keçiriləcək 2-ci turun matçı Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb. Baş hakim Artur Dias olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək və yerli vaxtla saat 20:00-da start götürəcək.
Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tyaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Jakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya).
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə