Dünya futbolu
Çexiya millisi Bakıya 23 futbolçu ilə gəlir
Futbol üzrə Çexiya millisinin DÇ-2018-in seç…
Futbol üzrə Çexiya millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və San Marino yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Karel Yarolim oktyabrda keçiriləcək oyunlara 23 futbolçu çağırıb. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü hücumçudu:
Qapıçılar: Tomaş Kubek ("Renn", Fransa), Yiri Pavlenka ("Bazel", İsveçrə) Tomaş Vatslik ("Verder", Almaniya);
Müdafiəçilər: Yan Boril ("Slaviya"), Teodor Gebre-Selassie ("Verder", Almaniya), Pavel Kaderabek ("Hoffenhaym", Almaniya), Filip Novak ("Midtyulland", Danimarka), Tomaş Kalas ("Fulhem", İngiltərə), Marek Suşi ("Bazel", İsveçrə), Yakub Brabets ("Genk", Belçika), Mixael Lüftner ("Kopenhagen", Danimarka);
Yarımmüdafiəçilər: Şimon Falta ("Siqma Olomuts"), Vladimir Darida ("Herta", Almaniya), Borek Dokal ("Henan Szyane", Çin), Yan Kopiç ("Viktoriya"), Tomaş Suşek ("Slaviya), Antonin Barak ("Udineze", İtaliya), Yaromir Zmrhal ("Slaviya"), Yakub Yankto ("Udineze", İtaliya), Yozef Quşbauer ("Slaviya");
Hücumçular: Yan Kliment ("Bröndbü", Danimarka), Mixal Krmençik ("Viktoriya"), Milan Şkoda ("Slaviya").
Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq Çexiya bundan 3 gün sonra San Marinonu qəbul edəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq