Ölkə futbolu
“Səbail” yeni transferini təqdim etdi – FOTO
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının debütantı &ld…
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının debütantı “Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, söhbət rumıniyalı hücumameylli yarımmüdafiəçi Aleksandru Adrian Popoviçdən gedir. Artıq paytaxt klubu yeni futbolçusunu ictimaiyyətə təqdim edib. Klubun “Facebook”dakı rəsmi səhifəsində o, geyinəcəyi 18 nömrəli forma ilə görüntülənib.
Qeyd edək ki, son komandası “Politexnika Timişoara” olan forvard azad agent kimi transfer olunub. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.