Ölkə futbolu
AFFA Raula 3 oyunluq cəza kəsdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Gənclər Liqasında “Qarabağ” – “Sumqayıt” matçının 20-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Bəşir Ayralov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
Gənclər Liqasında “İnter” – “Səbail” matçının 69-cu dəqiqəsində “İnter”in futbolçusu Raul Süleymanzadə təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
U-17 Liqasında “Neftçi” İK İB – “Kəpəz” matçının 90-cı dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Elşad Hətəmzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-17 Liqasında “Ağsu” – “Zirə” matçının 50-ci dəqiqəsində “Ağsu”nun baş məşqçisi Zaur Əsədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanıb.
U-14 Liqasında “Neftçi” – “Zirə” matçının 41-ci dəqiqəsində “Zirə”nin futbolçusu Hüseyn Əliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqasında “Stern” – “Xəzri” matçının 21-ci dəqiqəsində “Stern”in futbolçusu İlkin Əliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-14 Liqasında, “Qəbələ” İK – “Qarabağ” matçının 58-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Rüfət Rzayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqasında UGİM (Şəki) – UGİM (Oğuz) matçının 51-ci dəqiqəsində UGİM (Oğuz) klubunun futbolçusu Hidayət Hidayətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-13 Liqasında “Xəzər Lənkəran” – “Viləş” matçının 43-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Cəlal Dadaşov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-13 Liqasında “Kürdəmir” Gİİ – UGİM (Göyçay) matçının 42-ci dəqiqəsində UGİM (Göyçay) klubunun futbolçusu Sərxan Şirinzadə aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
U-10 Liqasının “3 №-li məktəb” (Şəki) – “Daşqın” FK (Zaqatala) matçında “Daşqın” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın