Ölkə futbolu
“Qarabağ”dan azarkeşlərə müraciət
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının qr…
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində saat 20:00-da, Bakı Olimpiya Stadionunda "Roma"nı qəbul edəcək.
Futblinfo.az xəbər verir ki, bu matç öncəsi Ağdam klubu oyuna gələcək azarkeşlərə müraciət ünvanlayıb. Azarkeşlərin diqqətinə çatdırılır ki, stadionun qapıları matçın başlamasına 3 saat qalmış, saat 17:00-dan etibarən açılacaq. Hər kəsdən xahiş olunur ki, yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.