Dünya futbolu
90 dəqiqə və 3 xal
Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 7-ci turun oyunlar…
Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın sonunadək meydanda olub.
“Samsunspor” 7 turdan sonra 8 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.