Premyer-liqa
“Qarabağ” rekordun bir addımlığında dayandı
“Qarabağ”ın Topaz Premyer Liqasının 2017/18 mövs&…
“Qarabağ”ın Topaz Premyer Liqasının 2017/18 mövsümünün startındakı qələbə seriyası qırılıb.
Futbolinfo.az xəbər verir ki, ilk 5 matçında qalib gələn ağdamlılar “Zirə” ilə 7-ci turun ev görüşündə xal itirib – 0:0.
Bu, klubun Azərbaycan çempionatlarındakı ikinci ən yaxşı startıdı. Bütün ölkə çempionatlarında iştirak edən “Qarabağ” yalnız bir dəfə mövsümə daha çox qələbə ilə başlayıb. Ağdamlılar 2003/04 mövsümünün əvvəlində ardıcıl 6 qələbə qazanıb ki, bu da klub tarixinin mütləq rekordudur. Qurban Qurbanovun yetirmələri “Zirə” ilə görüşdə xal itirməklə həmin rekordun bir addımlığında dayanıb.