Dünya futbolu
Türkiyə yığmasının baş məşqçisinə 1 oyunluq cəza
FİFA futbol üzrə Türkiyə milli komandasının baş məşq…
FİFA futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçeskunu bir oyunluq diskvalifikasiya edib.
Futbolinfo.az xəbər verir ki, buna rumıniyalı mütəxəssisin sentyabrın 2-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı səfər oyununda ispaniyalı baş hakim Devid Fernandes Borbalanın idarəçiliyinə sərt şəkildə etiraz etməsi və matçdan sonra onun barəsində verdiyi açıqlamalar səbəb olub. Ali futbol qurumunun qərarına əsasən, Luçesku Türkiyənin oktyabrın 6-da doğma divarlar arasında İslandiyaya qarşı oyununda texniki zonada yer ala bilməyəcək.
Türkiyə mətbuatının iddiasına görə, millini islandlarla oyuna onun köməkçisi Tayfur Havutçu çıxaracaq.