Ölkə futbolu
Mingəçevirdə turnir keçirildi, Bərdə futbolçuları çempion oldu
Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatç…
Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində 12-13 yaşlı uşaqlar arasında turnir keçirilib.
Futbolinfo.az xəbər verir ki, yarışda Ağdam, Bərdə, Ağcabədi, Şəki, Naftalan, Oğuz, Ağdaş və Mingəçevirdən ümumilikdə 10 komanda iştirak edib. Yekunda Bərdə komandası turnirin qalibi olub. Mingəçevir-1 ikinci, Oğuz isə üçüncü pilləni tutub.
Komandalar kubok və diplomlarla mükafatlandırılıb.